“Mançester Siti” dördüncü diviziona göndərilə bilərbackend

"Mançester Siti" dördüncü diviziona göndərilə bilər

İngiltərənin “Mançester Siti” futbol klubu maliyyə qaydalarını pozduğuna görə bir sıra problemlərlə üzləşib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, komanda iki mövsüm Avropa kuboklarından kənarlaşdırılmaqla yanaşı, Premyer Liqadakı xalları silinərək alt diviziona göndərilə bilər.

Hər mövsüm başlamazdan əvvəl klub Premyer Liqada lisenziyasını almaq üçün maliyyə hesabatı təqdim etməlidir.

“Daily Star” qəzetinin yazdığına görə, İngiltərə futbol assosiasiyasının yeni qaydalarına əsasən, maliyyə qaydalarını pozan klub “Liqa 2”yə (4-cü divizion) keçməlidir. 

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*