“Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyadakı bəyanatına əsaslanaraq, mümkün cinayətlə bağlı in direktoru Armen Abazyana mesaj təqdim etdim”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan deyib.
“Paşinyan deputat Kristin Vardanyanın sualını cavablandırarkən “Ermənistan” müxalifət blokunun parlament fraksiyasını Ermənistana qarşı hibrid müharibədə və təxribatda iştirakda ittiham edib. Bu, başa düşdüyünüz kimi, Cinayət Məcəlləsinin 299-cu maddəsinin, yəni dövlətə xəyanətin elementlərini ehtiva edir. Mən məktuba Nikol Paşinyanın sözlərini əlavə etmişəm. MTX-nin direktorunu bu hesabata baxmağa, sonra isə prosesin gedişi barədə məlumat verməyə çağırıram”, – deputat bildirib.
Manukyanın fikrincə, Nikol Paşinyanın son 6 ildən artıq müddətdə verdiyi hər bir məsuliyyətsiz bəyanat cavabsız qalmamalıdır. Gəlin görək Ermənistana qarşı hibrid müharibə aparan, Ermənistanda xarici dövlətlərin lüğətindən istifadə edən, erməni xalqına qarşı fəaliyyət göstərən kimlərdir.
Müşviq Tofiqoğlu
KONKRET.az