Manukyan: “Paşinyan getsin, amma yerinə sabiqlər gəlməsin”backend

Manukyan: "Paşinyan getsin, amma yerinə sabiqlər gəlməsin"

Erməni müxalifətinin lideri Vazgen Manukyan Nikol Paşinyana qarşı tərtib edilən 20 fevral mitinqində çıxış edib. O deyib ki, Baş nazir Paşinyan dərhal getməlidir, ancaq sabiqlər də hakimiyyətə qayıtmamalıdır.

Sitat: “Nikol Paşinyan getsə, ancaq onun yetinə iqtidar, güc, pul hərisləri, seçkiləri saxtalaşdıranlar gəlsələr, o deməkdir ki, biz hədəfimizə çatmadıq. Belə olarsa, yenə başqa bir Nikol ortaya çıxacaq”.

KONKRET.az bildirir ki, Manukyanın sadaladığı bu sifətlər sabiq prezidentlər Levon Ter-Petrosyana da, Robert Köçəryana da, Serj Sarkisyana da uyğun gəlir. Məsələnin maraqlı cəhəti isə budur ki, hazırda Köçəryan və Sərkisyan Vazgen Manukyanı dəstəkləyirlər və Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə onun seçilməsini istəyirlər.

 

Manukyanın tərəfini həm də seçici səslərini satın almaqla məşhur olan milyarder Gagik Sarukyan da dəstəkləyir.

 

  • Fətəliyev Rafael
    Fevral 21, 2021 - 11:13

    Manukyan sənin düşmənin Rusiya imperiyasıdır . Türkiyə və Azərbaycan senin düşmənin deyil.Rus istəmir Ermənistan müstəqil dövlət olsun.Amma Türkiyə Azərbaycan istəyir.

Fətəliyev Rafael üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*