MAQATE rəhbəri İrana səfər edəcəkbackend

MAQATE rəhbəri İrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.

KONKRET.az-ın məlumatına görə, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

O, səfərin sentyabrın 11-i axşam başlayacağını deyib.

B.Kəmalvəndi deyib ki, sentyabrın 12-də MAQATE baş direktoru İran Atom Enerji Təşkilatı rəhbəri Məhəmməd İslami ilə görüşəcək.

Görüşdə İran və MAQATE arasında perspektiv əməkdaşlıq müzakirə olunacaq./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*