backend

“Mariya Zaxarova Dağlıq Qarabağla bağlı planını dəyişdi” - “Quicker-news”

Zaxarovanın planının dəyişməsinə isə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi oldu. Dağlıq Qarabağa gələn rus sülhməramlıları Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovaya nəyə vaxt ayırmağı, eləcə də nələri görməzdən gəlməyin daha yaxşı olduğunu xatırlatdı.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Quicker-news” nəşrində yer alıb. Nəşr daha sonra yazır: “Diplomat son illər Rusiyaya qarşı daxildən və xaricdən olan siyasi basqılardan çox narahat olmuşdu. Çünki bu cür basqılar Rusiyanın sonunun gəlməsi kimi təşviq olunurdu. Ona görə də Zaxarova bir müddət əvvəl oturub “sapı özümüzdən olan balta”lara “Vətəni necə sevmək” lazım olduğunu öyrətmək istəyirdi. Eləcə də xarici “taxt analitikləri”nə çox şeyi “başa salmaq” arzusundaydı.

Ancaq sonra sözdə deyil, əməldə Dağlıq Qarabağda sülhün bərqərar olmasına töhfə verən sülhməramlıları gördü. Və dərhal “şişmiş burjua xadimləri” ilə ünsiyyət qurmaq istəyindən əl çəkdi. Yəni Rusiyanın hansı gücə və nüfuza sahib olduğunu sübut etməyə artıq ehtiyac qalmadı.

“Çünki daha güclü duyğular və daha vacib sözlər var”, – deyə Zaxarova Facebookda yazıb və rus hərbçilərə nəcib vəzifələrində uğurlar arzulayıb.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*