Mariya Zaxarovadan Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı-AÇIQLAMAbackend

Mariya Zaxarovadan Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı-AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.

KONKRET.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı Ermənistanın İctimai Televiziyasının jurnalistinin Ermənistan-Azərbaycan sərhədində, həmçinin təmas xəttində son günlər baş vermiş hadisələrlə bağlı verdiyi sualı “Təəssüf ki, sərhəddə və təmas xəttində atəşkəs pozuntuları davam edir. Nəticədə həlak olanlar və yaralananlar var. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Sizi əmin edə bilərəm ki, bu məsələni diqqətdə saxlamağa davam edəcəyik”-deyə cavablandırıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hər iki tərəfi münaqişənin siyasi həll olunmasına yönəlmiş danışıqlar prosesinin intensivləşdirilməsinə çağırıb.

Fəqan Muxtar

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*