“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İngiltərə Premyer Liqa klublarının maraq dairəsindədir.
KONKRET.az “Teamtalk”a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi” Ter Ştegenin transferinə çalışır.
Hər iki Premyer Liqa təmsilçisi də qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.
“Barselona” klubu da qolkiperlə yoluna davam etmək istəmədiyindən təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, ter Ştegen ciddi zədə səbəbindən ötən ilin sentyabrından bu ilin may ayına qədər sıradan çıxıb. 33 yaşlı qolkiper ötən mövsüm cəmi 9 oyun keçirib, ümumilikdə 11 qol buraxıb.