“Qışda cəbhə xəttində stabillik əldə olunsa, Ukraynadakı konfliktin yekunlaşması üçün danışıqlar aparmaq imkanı yarana bilər”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın qərargah rəisləri komitəsinin rəhbəri Mark Milli bəyan edib. Onun fikrincə, danışıqlara fürsət yaranan kimi bundan yararlanmaq lazımdır:
“Tərəflər qəbul etməlidirlər ki, hərbi yolla qələbə mümkünsüzdür. Ona görə də başqa vasitələrdən istifadə etmək lazımdır. Moskva və Kiyevin tam qələbə qazanması inandırıcı olmasa da, Ağ Ev Ukraynaya yardımını davam etdirəcək”.
Əlavə edək ki, bu həftə Ukrayna ilə bağlı sülhün ilkin variantının razılaşdığı sezilir:
– Zelenskinin danışıqlarla bağlı daha yumşaq çıxışı və ardınca Rusiya ordusunun Xersondan çıxması bunun təsdiqidir.
Natiq Səlim,
KONKRET.az