Marko Veşoviçin yeni komandası məlum oldubackend

Marko Veşoviçin yeni komandası məlum oldu

“Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni komandası məlum olub.

KONKRET.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını Xorvatiyada davam etdirəcək. O, “Lokomotiva” (Zaqreb) klubuna qoşulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

M. Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. Çernoqoriyalı cinah müdafiəçisi Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*