Masallıda kişi iş yerində ölü tapılıb.
KONKRET.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Masallı rayonu Lürən kəndində doğulmuş Elvin Əlibala oğlu Şükürov səhər saatlarında işlədiyi yerdə ölü aşkarlanıb.
Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.