Masallıda ikimərtəbəli ev yandıbackend

Masallıda ikimərtəbəli ev yandı

Masallıda yanğın hadisəsi  olub.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Anar Novruzov küçəsində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yaranan yanğınla əlaqədar, hadisə yerinə FHN-nin Masallı Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.

Ümumi sahəsi 216 kv olan evin mansar (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*