Masallıda pay torpaqlarında baş verən yanğın söndürüldübackend

Masallıda pay torpaqlarında baş verən yanğın söndürüldü

Masallının Böyük Kolatan kəndindəki yanğın qısa müddətdə söndürüldü.

KONKRET.az xəbər verir ki, Masallı rayonunun Böyük Kolatan kəndində pay torpaqları sahəsində yanğın baş verib.

Hadisə nəticəsində ərazidəki müəyyən bitki örtüyü ziyan görüb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər sayəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*