Masazırdakı yanğın söndürüldü – Yenilənibbackend

Masazırdakı yanğın söndürüldü - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ tədbirlər nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə olan yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*