Masazırda həyat dayandı – VİDEObackend

Masazırda həyat dayandı - VİDEO

Dünən gecədən yağan güclü qar bəzi şəhər və qəsəbələrdə ciddi fəsadlara yol açıb.

KONKRET.az xəbər verir ki, Abşeron rayon Masazır qəsəbəsində də vəziyyət heç ürəkaçan deyil.

Belə ki yağan qar yolların buz bağlaması ilə nəticələnib ki, bu da həm avtomobillərin, həm də piyadaların hərəkətini çətinləşdirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara və görüntülərə əsasən demək olar ki, qəsəbənin yolları qardan təmizlənmədiyi üçün hərəkət iflic olub.

Yaranmış vəziyyətdən istifadə edən taksilər ən azı qısa yolu belə 4-5 manata gedirlər. Avtobusların hərəkəti isə ümumiyyətlə dayanıb.

“Yollar bərbad, maşınlar hərəkət edə bilmir, böyük tıxac yaranıb. İnsanlar yollarda qalıb. Maşınlar bir az hərəkət edib, yolda saxlayırlar və gedə bilmirlər. Masazır bələdiyyəsinin isə yolları təmizləmək indi yadına düşüb, Bir tərəfdən də yolu onlar kəsiblər və tıxac yaradırlar”, – sosial şəbəkə istifadəçilərindən biri yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*