Əməkdar Elm Xadimi, Filologiya elmləri doktoru, professor, folklorşünas, dilçi, mətnşünas alim Qəzənfər Paşayev modern.az saytına geniş müsahibə verib. O, qardaşı qızı, millət vəkili Qənirə Paşayevanın ölümü ətrafında aparılan müzakirələrə də münasibət bildirib.
KONKRET.az müsahibədən həmin hissəni çıxarışını oxucularına təqdim edir.
Qəzənfər Paşayev Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirləri əfsanə adlandırıb:
“O, sutkada 3-4 saatdan artıq yatmırdı. Tarixdə 3-4 saat yatan bir siyasətçi də Böyük Britaniyanın Baş naziri olmuş, “Dəmir ledi” ləqəbli Marqaret Tetçer olub. Qənirə xanım məhz 3-4 saat yatmağın hesabına bütün bu uğurları qazanıb”.
O, daha sonra bunları deyib:
“Qənirə xanım 3 yığıncaqqan sonra Masazırda yaşadığı evə gedib. Yeməyən, içməyən adam… Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar yerindəydi, gölün yanında. Təcili Tibbi Yardım çox gec gəlib. Vaxtında iş görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir. O boyda şəxsiyyət, xalq üçün çalışan insan üçün bunları demək ədalətsizlikdir”.