Masazırdakı yanğının TƏFƏRRÜATLARIbackend

Masazırdakı yanğının TƏFƏRRÜATLARI

Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın nəticəsində həyatını itirən şəxslərlə bağlı yeni detallar məlum olub.

KONKRET.az xəbər verir ki, News24.az-ın məlumatına görə, hadisə barədə danışan qonşu Nuranə Həşimova yanğının səhər saat 5-ə yaxın baş verdiyini deyib.

“Səhər saat 5-ə qalmış pəncərədən səs eşitdim. Kimsə qışqırırdı, elə bildim davadır. Sonra gördüm ki, “Natavan” deyə çağırırlar. Ana ilə bala kömək istəyirdi. Atamla qardaşım onları xilas etməyə çalışdı, amma çıxara bilmədilər. Yanğın çox güclü idi”, – deyə hadisə şahidi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*