Maşın dərədən aşdı – sürücü ağır bədən xəsarəti aldıbackend

Maşın dərədən aşdı – sürücü ağır bədən xəsarəti aldı

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Niyazoba kəndi ərazisində qeydə alınıb. Konkret.az şimal bürosu xəbər verir ki, idarəetməni itirən sürücü avtomobili dərədən aşırıb. Nəticədə sürücü, Xaçmaz rayon sakini 1959-cu il təvəllüdlü Abıyev Məmmədağa Qurban oğlu ağır bədən xəsarəti alıb. Xəstə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*