Azərbaycanda avtomobil alışı ilə bağlı yeni dələduzluq növü yayılıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, maşını “generalnaya doverennost”la alan şəxslər bir neçə saat sonra həmin şəxsə zəng edərək müxtəlif bəhanələrlə avtomobili qaytarmaq istədiklərini deyirlər. Əks halda onlar həmin şəxsin “başına oyun açacaqlarını” bildirərək təhdid edirlər.
Bu barədə iddialar artıq bir neçənci dəfədir ki, sosial şəbəkələrdə səsləndirilir. Satıcılar bildirir ki, onlar bu müddət ərzində maşının orijinal ehtiyat hissələrini dəyişdirirlər.
Ekspertler bu kimi halların yaşanmaması üçün avtomobilləri alqı-satqı müqaviləsi ilə alıb-satmağı tövsiyyə edir.