Maşın yanmağa başladı: YPX əməkdaşları söndürdübackend

Maşın yanmağa başladı: YPX əməkdaşları söndürdü

Paytaxt sakini Gülağa Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobil Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib.

KONKRET.az xəbər verir ki, avtomobili getdikcə alovlanan sürücünün köməyinə yol polisi çatıb.

Digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən YPX Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*