Amerikalı milyarder İlon Mask Donald Trampın 2024-cü il prezident seçkiləri kampaniyası zamanı ketamin və digər dərmanlardan aktiv şəkildə istifadə etdiyinə dair xəbərləri təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə Mask özünün X səhifəsində yazıb.
Aydınlıq gətirmək üçün deyirəm ki, mən narkotik istifadə etmirəm! “Nyu York Tayms” yalan danışır. Bir neçə il əvvəl ketamini reseptlə qəbul etmişəm və bu barədə X-da yazdım. Ona görə də, bu, xəbər deyil”, – Mask bildirib.
Cümə günü Oval kabinetdə ABŞ Prezidenti Donald Trampla vida çıxışı zamanı gözünün altındakı qara ləkənin olmasına aydınlıq gətirən Mask bildirib ki, uşağından onun sifətinə vurmasını istəyib.
Qeyd edək ki, “Nyu York Tayms” nəşri İlon Maskın ketamin qəbul etdiyi üçün sidik kisəsində problemləri yarandığını iddia etmişdi.