“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask dünən Ermənistanda başa çatan “WCIT 2024 Dünya İnformasiya Texnologiyaları Konqresi”nə məktubla müraciət edib.
KONKRET.az xəbər verir ki, Mask İrəvana gələ bilmədiyi üçün təəssüfləndiyini bildirib.
İş adamı uyğun vaxtda Ermənistana səfər edəcəyinə söz verib və qeyd edib ki, gələcəkdə yerli şirkətlərlə əməkdaşlıq üçün danışıqlar aparacaq.
Xatırladaq ki, tədbirdə 70-dək ölkədən 2 mindən çox qonaq iştirak edib.
Məlik,
Konkret.az