Maştağa Ruhi Əsəb Dispanserindən ailəsini qətlə yetirmiş ƏHMƏDLƏ BAĞLI AÇIQLAMAbackend

Maştağa Ruhi Əsəb Dispanserindən ailəsini qətlə yetirmiş ƏHMƏDLƏ BAĞLI AÇIQLAMA

“Maştağa Ruhi Əsəb Dispanseri xəstələri barədə məlumat vermir. Biz xəstələrimizin şəxsiyyəti ilə bağlı məxfilik prinsipinə riayət edirik”.

Bu barədə KONKRET.az-a açıqlamasında dispanserin adının açıqlanmasını istəməyən əməkdaşı deyib.

Ruhi Əsəb Dispanserinin əməkdaşı Səhiyyə Nazirliyi ilə əlaqə yaratmağımızı məsləhət görsə də, çoxsaylı cəhdlərimizə baxmayaraq, Səhiyyə Nazirliyinin mətbuat xidməti telefon zənglərimizə cavab vermədi.

Qeyd edək ki, dünən paytaxtın Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Maştağa Ruhi Əsəb Dispanserində müalicə aldığı, bir neçə gün əvvəl isə anası – 59 saylı tam orta məktəbin direktoru Pikə Əhmədovanın təkidi ilə xəstəxanadan çıxarıldığı iddia edilir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*