Matvienko: “Azərbaycan postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir”backend

Matvienko: "Azərbaycan postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir"

“Azərbaycan Respublikası postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir. Makroiqtisadi sabitliyə nail olunub. Yeni iş yerləri yaradılır. Bütün bunlar ölkədə aparılan islahatların nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın Federasiya Şurasının sədri Valentina Matvienko vurğulayıb.

O daha sonra fikrini belə davam etdirib: “Azərbaycan Prezidenti İlham Əliyev və komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni reallıqlarına və ehtiyaclarına cavab verən layihələri hazırlayıb həyata keçirməyə nail olub. Şübhəsiz ki, bu proseslər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daha geniş perspektivlər açır.

Biz Azərbaycan rəhbərliyinin öz vətəndaşlarına rus dilini öyrənmək və rus mədəniyyətini tanımaq imkanları yaratmaq səylərini yüksək qiymətləndiririk. Azərbaycan mediasının təxminən 15 faizi rusdillidir. Rus dilində kitablar Rusiyadan gətirilərək Respublikada çap olunur. Teatrlar rus dilində tamaşalar verir və çox populyardır”.

Qeyd edək ki, “Moskva-Bakı” portalı rusiyalı siyasətçilərin, ictimai xadimlərin və mədəniyyət xadimlərinin Azərbaycan lideri haqqında sayta müsahibəsində səsləndirdiyi sitatları toplayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*