Xəbər verdiyimiz kimi, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanda səfərdədir.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, Matviyenko səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.
Moskva rəsmisinin səfəri zamanı İrəvanda bir qrup qərbpərəst şəxslər Ermənistan və Avropa İttifaqının bayraqları ilə aksiya keçiriblər. Onlar Simonyan və Matviyenkonun olduğu məkana gedərək bir sıra şüralar səsləndiriblər.
Məlumata görə, əvvəlcə iştiraçılarla polis arasında mübahisə yaranıb. Daha sonra aksiyaçılar bir-biriləri ilə gərginlik yaşayıblar. Bəziləri bir-birilərini “türk” adlandıraraq dava ediblər.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfərində də Avropayönümlü şəxslər etirak aksiyası keçirmişdilər.