“Qalatasaray”ın mərkəz hücumçusu Mauro İkardinin Argentinada həbs olunduğu və ya saxlanıldığı haqda xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Mauro İkardi Argentinada saxlanılıb. Lakin hələlik mövzu ilə bağlı heç bir xəbər təsdiqlənməyib.
Digər tərəfdən, xarici mətbuatda mövzu ilə bağlı yeni bir inkişaf yoxdur.
Bildirilib ki, Wanda Nara Argentinada Polis İdarəsinə gedərək İkardiyə qarşı təcili şikayət edib. Bu prosesi Naranın vəkili Ana Rosfeldin də təsdiqlədiyi iddia edilir.
O, vəkili Rosenfeld vasitəsilə futbolçunun guya cinsi zorakılıq və şiddət törətdiyini iddia edib.