Mayk Tayson Floyd Meyvezerlə döyüşəcəkbackend

Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

Mütləq ağır çəki dərəcəsi üzrə sabiq dünya çempionu Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə M.Tayson sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, qarşılaşma 2026-cı ilin yazında baş tutacaq.

Qeyd edək ki, 59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.

48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*