Maykl Ceksonu ölümündən sonra məhkəməyə verdilərbackend

Maykl Ceksonu ölümündən sonra məhkəməyə verdilər

“Neverlandı tərk edəndə” adlı qalmaqallı sənədli filmin baş qəhrəmanı olmuş Uade Robson və Ceyms Seyfçak popun kralı, mərhum Maykl Ceksonun miras fondunu məhkəməyə veriblər. Səbəb isə pop kral tərəfindən cinsi zorakılığa məruz qalmaları olub.

Onlar bundan öncə də Ceksonun varislərini məhkəməyə veriblər. Qismən məhdudiyyət müddətinə görə 2017-ci ildə irəli sürülən iddialar rədd edilib.

Musiqiçinin hər iki qurbanı, onların fikrincə ədalətsiz qərara etiraz etmək üçün apelyasiya şikayəti veriblər, lakin bu günə qədər iş yerindən tərpənməyib.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*