Mbappe PSJ-də qalmaq üçün 3 şərt irəli sürdübackend

Mbappe PSJ-də qalmaq üçün 3 şərt irəli sürdü

PSJ-nin hücumçusu Kilian Mbappe ya gələn yay, ya da 2024-cü ildə klubu tərk edə bilər. Bunun qarşısını almaq üçün futbolçu klubu qarşısında üç şərt qoyub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunlardan birincisi PSJ-nin braziliyalı hücumçu Neymarı satmasıdır. Klub ötən yay Mbappeni razı salmaq üçün braziliyalını satmağa çalışsa da, Neymara PSJ səviyyəsində maaş zəmanəti verə biləcək potensial alıcı tapılmadı.

İkinci şərt müqaviləsi 2024-cü ilin yayında başa çatacaq “Tottenhem”in hücumçusu Harri Keynin Paris klubuna gətirilməsidir.

Üçüncü şərt “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın PSJ-nin baş məşqçisi postuna dəvətdir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*