“McDonalds” 1500 manat cərimələnə bilərbackend

“McDonalds” 1500 manat cərimələnə bilər

“McDonalds Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.

KONKRET.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati iş başlanıb.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatında verilib.

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.Valyuta.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*