İranda tələbə qız hicaba etiraz olaraq soyunub.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Yayılan xəbərə görə, Elm və Tədqiqat Universitetinin tələbəsi olan qız məcburi hicab bəhanəsilə radikal və yarımhərbi “Bəsic” qüvvələrinin və təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qaldıqdan və paltarı cırıldıqdan sonra bütün paltarlarını çıxararaq Universitetin həyətində oturub.