Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın oldubackend

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın oldu

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bərdə şəhərində ümumi sahəsi 1122 m² (hər mərtəbəsi 561 m², bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi fəaliyyət göstərmir) olan ikimərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 253 m² sahədə və dam örtüyü 361 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*