“Medalsız təhsil strategiyası: Olimpiadada fiasko”backend

"Medalsız təhsil strategiyası: Olimpiadada fiasko"

Təhsil menecerlərinin “möhtəşəm” uğuru: Beynəlxalq Riyaziyyat Olimpiadasında medal yoxdur!

Təhsil eksperti Etibar Əliyev: “Utanmaq lazımdır, təhsil adına!”

KONKRET.az xəbər verir ki, Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanın nəticələri məyusedicidir – komandamız bu il heç bir medal qazana bilməyib. Bu, nə az, nə çox, 110 ölkənin iştirak etdiyi nüfuzlu bilik yarışmasında ölkəmizin 74-cü yerdə qərarlaşması deməkdir. Nəticələr, təkcə iştirakçılar deyil, bütövlükdə təhsil sistemimiz üçün sarsıdıcı zəngdir.

Ekspert Etibar Əliyev vəziyyəti açıq şəkildə belə qiymətləndirir:

“Utanmaq lazımdır təhsil adına. Riyaziyyat kimi əsas baza fənni üzrə belə nəticə göstərən ölkənin ümumi təhsil strategiyası ciddi suallar doğurur. Riyaziyyat geridədirsə, deməli bütün fənlərdə vəziyyət acınacaqlıdır.”

Xatırladaq ki, ən yaxşı nəticə göstərən ilk üçlükdə Çin (6 qızıl), ABŞ (5 qızıl, 1 gümüş) və Cənubi Koreya (4 qızıl, 2 gümüş) qərarlaşıb. Region ölkələri arasında Türkiyə 10-cu, İran 12-ci, Qazaxıstan 17-ci, Özbəkistan 28-ci yeri tutub. Hətta Qırğızıstan, Türkmənistan, Ermənistan və Gürcüstan belə medalla geri dönüb. Azərbaycan isə “sıfır nəticə” ilə təhsil sahəsindəki dərin böhranı bir daha göstərmiş oldu.

Etibar Əliyev məsuliyyət daşıyan şəxsləri açıq şəkildə tənqid edir:

“Bu biabırçı nəticəyə görə Emin Əmrullayev öz həmyerlisi, bu işə məsul olan Fuad Qarayevi mükafatlandıracaq. Buna tam əmin ola bilərsiniz. Çünki bu da “missiyadır”. Əsil nəticə yerinə vitrin, statistika və “loqistika” ilə məşğuldurlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*