“Mədəniyyət, tərbiyə…” – Elçin Mirzəbəylidən jurnalistləri təhqir edən Zərdüşt Əlizadəyə SƏRT CAVABbackend

"Mədəniyyət, tərbiyə..." - Elçin Mirzəbəylidən jurnalistləri təhqir edən Zərdüşt Əlizadəyə SƏRT CAVAB

Politoloq, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bəzi jurnalistləri “səfeh” adlandıran həmkarı Zərdüşt Əlizadəyə cavab verib.

KONKRET.az xəbər verir ki, ekspert Əlizadənin məlum fikirlərinin qeyri-etik olduğunu bildirib.

Elçin Mirzəbəyli qeyd edib:

“Co Baydenin aprelin 24-dəki məlum bəyanatından sonra, aralarında çoxsaylı jurnalistlərin də olduğu sosial şəbəkə istifadəçiləri Şimali Amerika xalqlarına qarşı həyata keçirilən soyqırımının tanınması ilə bağlı statuslar yazaraq, Türkiyəyə, türklüyə qarşı sərgilənən ədalətsizliyə, haqsızlığa öz etirazlarını bildirmişdilər. Yəni qondarma soyqırımı iddialarının qarşılığında gerçək soyqırımı faktını xatırlatmışdılar. Tamamilə təbii bir reaksiyadır və etirazın bir formasıdır. Zərdüşt Əlizadə isə hesab edir ki, yalnız “səfeh jurnalistlər belə düşünə bilər”.

Qeyd edim ki, hindu soyqırımı ilə bağlı yazılan statuslar bu və ya digər dövlətin, siyasi partiyanın mövqeyini ifadə etmirdi, heç hansısa araşdırmanın, təhlilin tərkib hissəsi də deyildi, sadəcə etiraz idi, vəssalam!

İndi Zərdüş Əlizadə onun kimi düşünməyənləri səfeh hesab edir və onunla söhbətləşən həmkarımız da – ərk edib deyirəm – buna heç bir reaksiya vermir, ən azı ondan nə üçün jurnalistləri aşağıladığını soruşmur. Zərdüştün aşağılayıcı fikirləri də olduğu kimi yayımlanır.

Zərdüşt Əlizadə intellektual şəxs təsiri bağışlayır, yaxud belə görünməyə cəhd göstərir. Amma intellekt həm də mədəniyyətdir, tərbiyədir, başqalarının kimsəni aşağılamayan, etik çərçivədə səsləndirdikləri fikirlərə sayğıyla yanaşmaq bacarığıdır, tərbiyədir”.

  • Səbuhi
    Aprel 28, 2021 - 14:37

    Politoloqlar,jurnalistlər çoxdur, Z.Əlizadə isə təkdir. Zərdüşt m. səfeh deməklə heç kimi aşağılamayıb,sadəcə belə düşünənlərin səviyyəsini qeyd edib.

Səbuhi üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*