“MedEra” klinikası dandı: “Mühafizəçi bizim işçi deyil”backend

“MedEra” klinikası dandı: “Mühafizəçi bizim işçi deyil”

Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən “MedEra” klinikasının mühafizəçisi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.

İddia olunur ki, bir neçə gün əvvəl qulağından əməliyyat olunan xalq artisti “MedEra”nın gözətçisindən tibb bacısısını çağırmasını xahiş etsə də, qarşı tərəfin bundan imtina etməsi mübahisəyə səbəb olub. Tərəflər arasındakı gərginlik də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.

Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub.

KONKRET.az Ağdadaş Ağayevi döyən mühafizəçinin kimiliyini öyrənmək məqsədilə “MedEra” klinikası ilə əlaqə saxlayıb. Klinikanın icraçı direktoru Lalə Babayeva  əməkdaşımıza bildirib ki, Ağadadaş Ağayevlə əlbəyaxa olmuş mühafizəçi onların əməkdaşı deyil.

Qeyd edək ki, A.Ağayevin mühafizəçiyə tulladığı balta orada işləyən xanım Paşayevanın ayağına dəyib.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*