Media: “Putin Çin liderinə Ukraynadakı müharibənin beş il davam edəcəyini söyləyib”backend

Media: "Putin Çin liderinə Ukraynadakı müharibənin beş il davam edəcəyini söyləyib"

“Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin martında Moskvada keçirilən görüşdə Çin prezidenti Si Cinpinə Rusiyanın Ukraynada ən azı beş il döyüşəcəyini deyib”.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, görünür, bu yolla Putin hərbi əməliyyatlar zamanı o vaxt Rusiyanın xeyrinə olmayan vəziyyəti qısaca təsvir etməyə çalışıb. O, həmçinin çinli həkmarınıı əmin edib ki, sonda Rusiya qalib gələcək.

“Bu sözlər, həm də uzun sürən müharibənin Rusiya üçün faydalı olduğunu və sonda onun qələbəsi ilə başa çatacağını ifadə edirdi”, – deyə yazıda bildirilib.

Məqalə müəllifi vurğulayır ki, digər tərəfdən, Putin bu yolla Si Cinpini rusiyayönlü mövqeyini dəyişməməyə səsləyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*