Azərbaycan Media İnkişafı Agentliyi (MEDİA) Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri, jurnalist Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı yayıb.
KONKRET.az xəbər verir ki, başsağlığında deyilir:
Agentliyin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri, jurnalist Qənirə Paşayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.