Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib. 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişlərini qıcıyıb və dili qatlanıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
KONKRET.az xəbər verir ki, “Unikal” Sumqayıt şəhər Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyevanın fotosunu əldə edib.
Qeyd edək ki, o, digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.