Medvedev Əsədin devrilməsi HAQDA: Öz günahıdırbackend

Medvedev Əsədin devrilməsi HAQDA: Öz günahıdır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ölkənin idarə olunmasında yol verilən səhvlərin nəticəsidir.

Bu barədə o, TASS-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, ölkədəki daxili vəziyyət administrasiyadan, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hökumətindən asılı idi:

“Təəssüf ki, Suriya ordusunun bu məsələdə aciz olduğu ortaya çıxdı. Bu, yəqin ki, hökumətin idarə olunması zamanı edilən yanlış hesablamaların sübutudur”.

Medvedevin fikrincə, Rusiya Suriyanın Yaxın Şərqin bir sıra digər ölkələrində olduğu kimi parçalanmasından qorxduğu üçün Əsəd rejiminə kifayət qədər ciddi dəstək verib.

Xatırladaq ki, Bəşər Əsəd dekabrın 8-də Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.

Bu, Suriya üsyançılarının İdlib vilayətində paytaxt Dəməşqə çatan hücumuna başlamasından iki həftə keçməmiş baş verib.

Suriyadan qaçdıqdan sonra Əsəd ona sığınacaq verən Rusiyaya gedib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*