Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı səsləndirdiyi təkliflərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Medvedev Telegram kanalında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:
“ABŞ və Avropa liderləri Rusiyanın nizamlanma təkliflərinə dəfələrlə “manipulyasiya və açıq hiyləgərlik”lə cavab veriblər. Amma bundan sonrakı danışıqlar, yalnız mövcud reallıqlar, yəni DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil olması nəzərə alınmaqla mümkündür”.
Orxan
KONKRET.az