“SSRİ-nin əvvəlki formada bərpa edilməsi mümkün deyil”.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu barədə Rusiyanın “Bilik” Cəmiyyətinin keçirdiyi marafonda bəyan edib.
Onun sözlərinə görə, Kremldə bunu yaxşı anlayırlar: “Siz və mən başa düşürük ki, eyni suya iki dəfə girmək mümkün deyil və Sovet İttifaqını əvvəl olduğu formada dirçəltmək mümkün deyil”.
Xatirə SADİQ,
KONKRET.az