Medvedevdən xəbərdarlıq: “Zelenski gizli plan hazırlayır, “çirkli bomba”dan istifadə edəcək”backend

Medvedevdən xəbərdarlıq: "Zelenski gizli plan hazırlayır, "çirkli bomba"dan istifadə edəcək"

“Volodimir Zelenski Ukrayna şəhərlərini və mülki insanları vura, “çirkli bomba”dan istifadə edərək günahı Rusiyasnın üzərinə ata bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, Zelenskidən Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri pozmağa yönəlmiş istənilən addımı gözləmək mümkündür.

“O, təcili olaraq günahı üstündən atmalıdır. Ona görə də, nizamı pozmaq və müharibəni son ukraynalı ölənə qədər davam etdirmək məqsədi ilə istənilən təxribata əl ata bilər. Çünki Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra Zelenski son dərəcə xoşagəlməz vəziyyətə düşüb və onun belə məkrli davranışı tamamilə gözləniləndir”, – Medvedev vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*