“Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir. Həmsədrlər isə Ermənistan və Azərbaycan hökumətlərinin baş nazirlərinin müavinləridir. Rusiya Federasiyasının bu prosesdə roluna gəlincə, biz bu məsələdə sadəcə tərəflərə dəstək veririk. Biz Rusiyada tarixən mövcud olan kartoqrafik sənədləri təqdim etməyə hazırıq”.
KONKRET.az xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən 16-cı Verona Avrasiya İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması və delimitasiyası üzrə üçtərəfli işçi qrupunun fəaliyyətindən danışıb:
İşçi qrupi sonuncu dəfə iyunun 2-də bir araya gəlib. Meğridən keçən dəmir yolunun tikintisinə başlanılması ilə bağlı birgə bəyanatın mətni artıq hazırdır. Yolun birbaşa tikintisinə gəlincə, bilirsiniz ki, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən avtomobil yolunun tikintisinə başlayıb”.
Vəli Həsənov
KONKRET.az