Mehdiyev “Heydər Əliyev” ordenindən məhrum ediləcək – “YAP-da müzakirə gedir”backend

Mehdiyev "Heydər Əliyev" ordenindən məhrum ediləcək - "YAP-da müzakirə gedir"

Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum ediləcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu iddia ilə sabiq millət vəkili Alqış Musayev çıxış edib.

O bildirib ki, hazırda bu məsələ ilə bağlı YAP-da müzakirələr gedir.

“Deyilənə görə, YAP-ın rəhbərliyində Ramiz Mehdiyevin “Heydər Əliyev” ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir. Bu məsələnin yaxın günlərdə qaldırılacağı gözlənilir”, – deyə A.Musayev qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin 23 oktyabrında R.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin gün Prezident R.Mehdiyevi qəbul edərək ona ordeni təqdim edib./sfera.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*