Məhərrəmlik ayının başa çatması ilə toylar artıq başlayıb. Toyların başlaması isə qızıla marağı yenidən gündəmə gətirir.
Bəs hazırda qızıl bazarında vəziyyət nə yerdədir?
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bazarda canlanma öz sözünü deyir.
Satıcıların sözlərinə görə, Məhərrəmlikdə kiçik qramlı qızıla maraq vardısa, artıq toylarla bağlı qızıl dəstləri də satılır.
“Qızılın hazırki qiyməti isə Məhərrəmlik ayından əvvələ nisbətən bir az artıb. Türk qızılı 585 ayarın qiyməti 135-145 manat, İtalyan qızılı 750 problu qızılın qiyməti isə 150-160 manat arasındadır. Tələbat isə rus və türk qızılına daha çoxdur”.
Alıcılar isə qiymətlərin artmasından şikayətlənirlər.
Qeyd edək ki, iqtisadçılar isə qızılın bahalaşmasını həm mövsümlə, həm də dünya üzrə artımla bağlıdır. Qızılın qiymətinin bundan sonra da artması istisna edilmir.