Məhkəmə İlkin Süleymanova 8 gün vaxt verdi – YENİLƏNİBbackend

Məhkəmə İlkin Süleymanova 8 gün vaxt verdi - YENİLƏNİB

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, prosesdə vəkillər – Əlibaba Rzayev, Zabil Qəhrəmanov və Murtuzəli Abbasovun müdafiə çıxışları dinlənilib.

Yekun olaraq vəkillərin hər biri İlkin Süleymanova bəraət verilməsini istəyiblər.

İlkin Süleymanov bu gün üçün son söz deməyə hazır olmadığını deyib. Məhkəmə ona iyunun 2-nə kimi vaxt verib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

***

14:15

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. 

KONKRET.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkilləri ötən gün başladıqları müdafiə çıxışlarını davam etdirəcəklər.

Eyni zamanda prosesdə İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəmişdi.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*