Məhkəmə Mətanət İsgəndərlinin nəvələri ilə bağlı QƏRAR VERDİ – Uşaqlar analarından ALINDIbackend

Məhkəmə Mətanət İsgəndərlinin nəvələri ilə bağlı QƏRAR VERDİ - Uşaqlar analarından ALINDI

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Etibar Mustafayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

A.Həmidovanın vəkili Namiq Hacıyevin məlumatına görə, iddia qismən təmin olunub. Hakim A.Həmidovanın boşanma tələbini təmin edib. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.

Qeyd edək ki, vəkil A.Həmidovanın qərardan narazı olduğunu, apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

 

Bunları da oxuya bilərsiniz: Mətanətlə gəlini arasında yeni QALMAQAL: “Qızımın saçını qırxdırıb, nə günə qoyub…” – FOTO/VİDEO

Mətanətin oğlu övladına buna görə işgəncə verib – ŞOK SƏBƏB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*