Məhkəmə qətl hadisəsində tutuquşunu sorğu-sual edəcək – FOTOLARbackend

Məhkəmə qətl hadisəsində tutuquşunu sorğu-sual edəcək - FOTOLAR

Argentinanın Buenos Ayres şəhərində məhkəmə müdirinin öldürülməsinin şahidi olan tutuquşunu dindirəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.

Mənbə bildirir ki, tutuquşu 2018-ci ildə öldürülən 46 yaşlı Elizabet Toledonun son sözlərindən birini danışıb.

3 argentinalı otaq icarəyə verən qadını zorlamaqda və öldürməkdə şübhəli bilinirlər. 51 yaşlı Miguel Satinho Rolona və 62 yaşlı Xorxe Raul Alvarez əsas şübhəlidirlər.

Qurbanın qonşusunun sözlərinə görə, kişilərdən biri qadını vuranda tutuquşunun “Niyə məni vurdun” dediyini eşidib.

Polis inanır ki, tutuquşu qurbanın son sözlərini təkrarlayıb. Toledonun çiynində, həmçinin  Rolonanın dişlərinin izi qalıb. Bundan əlavə, ikinci şübhəli şəxsin DNK nümunələri qurbanın bədənində tapılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*