Məhkəmədən Samvel Karapetyan barədə yeni qərar…backend

Məhkəmədən Samvel Karapetyan barədə yeni qərar...

İrəvan məhkəməsi biznesmen, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.

KONKRET.az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

Xatırladaq ki, iyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və respublikada hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub. İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. İyulun 3-də Ermənistan parlamenti hökumətə Karapetyanın “Ermənistanın elektrik şəbəkələri” şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.

Qeyd edək ki, Karapetyan Ermənistanda Rusiyanın maraqlarının təmsilçisi kimi qəbul olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*