Məhkəməyə gedərkən Poroşenko jurnalistin kamerasını itələdi – VİDEObackend

Məhkəməyə gedərkən Poroşenko jurnalistin kamerasını itələdi - VİDEO

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Peçersk məhkəməsinə gedərkən jurnalistin kamerasını itələyib.

KONKRET.az xəbər verir ki, hadisənin videosu NK Plus tərəfindən “Facebook”da yayımlanıb.

 

“Petro Poroşenko tərəfdarlarının yaxınlığından keçərkən NK Plus heyətinin operatoru ilə xoşagəlməz hadisə baş verib” deyib.

Videodakı görüntülərdə mühafizəçilərin müşayiəti ilə Poroşenkonun məhkəməyə toplaşan insanların və jurnalistlərin qarşısından necə keçdiyini göstərir. Poroşenko NK Plus nəşrinin operatoruna yaxınlaşanda əli ilə kameranı itələyib.

Xatırladaq ki, bu gün Kiyevin Peçersk rayon məhkəməsində ölkənin beşinci prezident Petro Poroşenkonun istintaq işinə baxılır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*