backend

Məhkumlarla qısa müddətli görüşlərə qoyulan məhdudiyyətləri ləğv edildi - Özbəkistanda

Respublika xüsusi komissiyası cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla və istintaq təcridxanalarında saxlanılan şəxslərlə qohumların qısamüddətli ziyarətinə qoyulan müvəqqəti qadağaları ləğv edib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu qərar ölkədə epidemioloji vəziyyətin sabitləşməsi ilə əlaqədar qəbul edilib.
Uzunmüddətli görüşlərin müvəqqəti qadağası iyul ayından etibarən qüvvədə idi, daha sonra qısamüddətli görüşlər də qadağan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*